AZ

Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib (FOTO)

Bakı. Trend:

Google, Ambition Loop, Azercell və “Azərbaycan DəmirYolları” QSC kimi qlobal və yerli şirkətlərin nümayəndələridayanıqlı inkişafın təşviqində korporativ məsuliyyət, innovasiya vətərəfdaşlıqların rolunu müzakirə ediblər

“Azercell Telekom” MMC yerli və beynəlxalq aparıcı ekspertlərinvə biznes liderlərinin iştirakı ilə “Dayanıqlılığın təminedilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsikeçirib. Panel iştirakçıları dayanıqlı inkişafın təmin edilməsindəiri təşkilatların strateji rolunu gündəmə gətiriblər, iqlimçağırışları ilə mübarizədə innovativ həllərin və tərəfdaşlıqlarınvacibliyini vurğulayıblar.

Panel müzakirəsinə Azercell-in Hüquq və Data Strategiyası üzrəbaş direktoru Şirin Əliyeva, “Azərbaycan Dəmir Yolları” QSC-nınKommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova, Google-unAvropa, Yaxın Şərq və Afrika regionu üzrə Dayanıqlılıq direktoruAdam Elman və Ambition Loop-un həmtəsisçisi Qonzalo Munyozqatılıblar.

S3-ün regional direktoru Mövlan Paşayevin moderatorluq etdiyipaneldə müzakirələr əsasən ekoloji məsuliyyət sahəsində korporativliderliyin əsas aspektləri, dayanıqlı inkişaf məqsədlərinə nailolmaq üçün sektorlararası əməkdaşlığın vacibliyi kimi mövzularafokuslanıb.

Panel iştirakçıları müasir texnologiyaların, o cümlədən süniintellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolu barədə fikirmübadiləsi aparıblar. Google şirkətini təmsil edən Adam Elman süniintellektin bu sahədəki tətbiqi imkanları barədə danışıb. S. Elmanbildirib ki, süni intellekt iqlim dəyişikliyi proqnozunutəkmilləşdirə və davamlılıq təşəbbüslərini dəstəkləmək üçünresursları optimallaşdıra bilər.

QHT-ləri təmsil edən Qonzalo Munyoz öz növbəsində bu istiqamətdəönəmli dəyişikliklərə nail olmaq üçün müxtəlif tərəfdaşlıqlarınəhəmiyyəti haqqında danışıb, sektorlararası və beynəlxalqəməkdaşlığın zəruriliyini vurğulayıb.

Şirin Əliyeva və Aybəniz İsmayılova isə müzakirələr çərçivəsindəiştirakçılar ilə yerli təcrübəni bölüşüblər. Şirin ƏliyevaAzercell-in ESG strategiyası, o cümlədən bərpa olunan enerjimənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasınayönəlmiş layihələri barədə məlumat verib. Ş. Əliyeva Azercell-inQarabağda 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyini vəonların enerji tələbatının 60%-nin bərpa olunan enerji hesabınaqarşılandığını qeyd edib. Həmçinin şirkətin qlobal iqlimtəşəbbüslərində, o cümlədən BMT-nin Qlobal Sazişi və GSMA-nın İqlimFəaliyyəti üzrə İşçi Qrupunda fəal iştirakı da vurğulanıb.

Aybəniz İsmayılova ADY-nin bu yaxınlarda dərc olunmuş ESGhesabatını təqdim edərək ölkədə dayanıqlı nəqliyyatın, xüsusilədəmir yollarının dekarbonizasiya hədəflərinə çatmaq üçün görülənişlər, yaşıl innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqihaqqında danışıb.

Tədbirin sonunda panel iştirakçıları qlobal iqlim dəyişikliyinintəsirlərinə qarşı effektiv mübarizə üçün korporasiyaların, dövlətqurumlarının və qeyri-hökumət təşkilatlarının birlikdə çalışmalıolduğunu bir daha qeyd ediblər. Panel Azercell-in innovasiyalarlayanaşı, davamlı və dayanıqlı inkişafa, yaşıl gələcək naminə həyatakeçirdiyi təşəbbüslərə sadiqliyini vurğulayıb.

Azercell
Azercell
Azercell
Azercell
Azercell
Seçilən
12
11
az.trend.az

10Mənbələr