Qadın futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 26-dan dekabrın 3-dək Rusiyanın Soçi şəhərində təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Rusiya yığması ilə iki yoxlama görüşü keçirəcək.
İlk qarşılaşma noyabrın 28-də FİŞT Olimpiya Stadionunda baş tutacaq. İkinci oyun isə dekabrın 2-də “Soçi” klubunun Məşq Bazasında keçiriləcək. Hər iki oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Azərbaycan millisi Rusiyaya 22 futbolçu ilə yollanacaq. Yığmamıza dəvət almış futbolçuların adları ilə tanış ola bilərsiniz:
- Aytac Şərifova – Hakkarigücü (Türkiyə)
- Günay İsmayılova – Neftçi
- Nigar Mirzəliyeva – Zenit (Rusiya)
- Manə Mollayeva – Neftçi
- Fidan Cəfərova – Neftçi
- Kamilla Məmmədova – Okjetpes (Qazaxıstan)
- Vüsalə Seyfəddinova – Neftçi
- Firəngiz Teymurova – Neftçi
- Jalə Məhsimova – Bəylərbəyi Spor (Türkiyə)
- Coşqunə Əliyeva – Neftçi
- Sevinc Cəfərzadə – Krasnodar (Rusiya )
- Kristina Bakarandze – Qalatasaray (Türkiyə)
- Ayşən Əhmədova – Krılya Sovetov (Rusiya)
- Alina Dorofeyeva – Yenisey (Rusiya)
- Diana Məmmədova – Yenisey (Rusiya)
- Milana Rəhimova – Ünyespor (Türkiyə)
- Ayşən Salamzadə – Neftçi
- Vüsalə Hacıyeva – Ünyespor (Türkiyə)
- Aysun Əliyeva – Neftçi
- Aysun Muradova – Gölbaşı Bələdiyyə Spor (Türkiyə)
- Fatimeyi Zəhra Hüseynli – Dirçəliş
- Sevinc Fəttazadə – Neftçi