"Atletiko Madrid"in baş məşqçisi qismində 700-cü oyununu keçirərək La Liqa tarixinin rekordunu müəyyənləşdirən Dieqo Simeone postunu tərk edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:
"Atletiko"ya 700 oyuna görə təşəkkür edirəm. Uzun illər öncə dediyim kimi, bu komandanın gələcəyi var. Belə ki... Gəlin birlikdə daha artığına nail olaq! Həmişə çox sağ olun!
Məndən həmişə qalmaq istəyib-istəmədiyimi soruşurlar. Hə, mən burada qalmağa hazırlaşıram. Bilirsiniz niyə qalıram? Çünki klubun gələcəyi var, gələcək isə bizik".
Qeyd edək ki, 54 yaşlı Simeone 2011-ci ildən indiki postundadır.
Nihat