İran İslam Respublikasının Ərdəbil əyalətinin Aslanduz qəsəbəsi yaxınlığında Azərbaycan Ordusunun Quru Qoşunları və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlılarının “Araz-2024” adlı birgə taktiki təlimləri keçirilir.Bu barədə Müdafiə Nazirliyi xəbər verir.
Təlim başlamazdan əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksək rütbəli üzvlərinin iştirakı ilə komanda-qərargah iclası keçirilib, həmin iclasda təlimin mərhələ və epizodlarının ardıcıllığı müəyyən edilib, təhlükəsizlik qaydaları barədə məlumat verilib.
Sonra “Araz - 2024” birgə taktiki təlimlərinin açılış mərasimi olub. Mərasimdən sonra hərbçilər təlimlərin keçiriləcəyi ərazi ilə tanış olublar.