AZ

Hindistan Ermənistanı silahlandırdığını yenə "car" çəkdi: “Pinaka” reaktiv yaylım atəşi sistemləri

Hindistanın müdafiə mənbələrinə görə, bu ölkə Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemlərini tədarük etməyə başlayıb.

Adalet.az  xəbər verir ki,  bu barədə “Hraparak” məlumat yayıb və Ermənistan MN hərbi sirr sayılan məlumatları paylaşmamaq çağırışı ilə ötən gün müraciət yaydığını da bildirib.

Ermənistan Müdafiə Nazirliyindən isə nəşrə hərbi-texniki əməkdaşlıqla bağlı qeyri-rəsmi məlumatlar yaymamaq xahiş edilib:

“Xahiş edirik ki, Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlığa dair rəsmi açıqlamalarını, o cümlədən səlahiyyətli məmurların bəyanatlarını əsas götürəsiniz”.

Qeyd edək ki, 21 noyabrda Ermənistanın Hindistandan daha 78 ədəd ATAGS haubitsaları alması üçün danışıqlar aparıldığı barədə Hindistan mediası məlumat yaymışdı.Ermənistan bundan öncə 6 ədəd ATAGS tədarük edib və sınaqlardan keçirib.

 Əntiqə Rəşid

Seçilən
16
6
adalet.az

7Mənbələr