AZ

Rusiya tezliklə Kiyev qoşunlarını Kursk vilayətindən çıxara bilər - ÖZƏL

Rusiya Silahlı Qüvvələri Ukrayna qoşunlarını Kursk vilayətindəki mövqelərini tərk etməyə məcbur edir.
Olaylar.az xəbər verir ki, bunu Wall Street Journal Ukraynanın 47-ci mexanikləşdirilmiş briqadasının batalyon komandirinə əsasən bildirib.

"Onlar hər zaman hücum edirlər - səhər, gündüz, gecə. Düşünürəm ki, sonda bizi geri itələyəcəklər. Onlar daha çox güc və daha çox resurs əlavə edirlər və nəyin bahasına olursa-olsun sərhədə çatmaq məqsədi güdürlər, ona görə də bunu edəcəklər", - ukraynalı komandir əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın Kursk vilayətində ukraynalılardan təxminən üç dəfə çox kişi və altı dəfə çox partlayıcı pilotsuz uçan aparatları var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr