AZ

Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanaraq götürülüb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, noyabrın 23-də və 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 26 tüfəng, 1 patron darağı və 725 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

Seçilən
8
23
xalqqazeti.az

10Mənbələr