AZ

Hansı xəstəliklərdətəzyiq dərmanla düşmür?


Bəzən yüksək təzyiq yanaşı xəstəliklər səbəbindən yarana bilər.

Bu zaman hətta təzyiq dərmanı içilsə də, o arta bilir və müalicəyə tabe olmur.


“Medicina” xəbər verir ki, rusiyalı kardioloq Yelena Malışeva hansı hallarda təzyiqin qarşısıalınmaz olmasından danışıb.


“Hipertoniya birincili və ikincili olur. Essensialhipertoniya insanların 90%-də rast gəlinir.
Yaşlanma ilə bağlı təzyiq qalxır,bu, birincilidir.


İkincili təzyiq orqanizmdə digər xəstə orqanlar olduqda yaranır. Məsələn, böyrək, qalxanvari vəz, zob, şəkər xəstəlikləri də hipertoniyaya səbəb ola bilər. Bu zaman təzyiq müalicəyə pis cavab verir. Eləcə də ürəkdə aortal klapanda problem varsa, hipertoniya nəzarətə alınmır.

Bəs bu zaman nə etməli: Səbəb müalicə olunmalıdır?

Burda təzyiqi lazım gələrsə 2 preparatla salmaq, paralel olaraq, səbəbi tapmaq lazımdır.

Bu halda təzyiq hər gün yüksək olarsa, beyin, ürək, gözlər, böyrəklər sıradan çıxa bilər. Birinci növbədə təzyiq normallaşdırılmalı və elə həmin gündən səbəb axtarılmalıdır”.


Aygün Musayeva

Seçilən
12
1
medicina.az

2Mənbələr