AZ

21,5 milyard manatlıq 169 layihə maliyyələşdiriləcək

2025-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu hesabına ümumi dəyəri 21,5 milyard manat olan 169 yeni layihənin maliyyələşdirilməsi nəzərdə tutulub. Modern.az xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu barədə Milli Məclisin plenar iclasında məlumat verib. Onun sözlərinə görə, layihələrdən 14-ü yeni, 155-i isə keçid layihələridir.

Bundan əlavə, 2025-ci ildə ümumi dəyəri 798,4 milyon manat olan 85 layihənin başa çatdırılması üçün 267,8 milyon manat vəsait ayrılması planlaşdırılır. Beynəlxalq qurumlardan layihələrin maliyyələşdirilməsi üçün əlavə 895,9 milyon manat vəsait cəlb ediləcək. Bu isə xarici dövlət borcunun artmasına səbəb olacaq.

Vüqar Gülməmmədov bildirib ki, 2025-ci ildə dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri üzrə faiz ödənişləri 1,3 milyard manat olacaq. Bu göstərici 2024-cü il ilə müqayisədə 3 dəfə çoxdur. O, borc yükünün artımının fiskal dayanıqlığa təsirini azaltmaq üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Seçilən
1
6
modern.az

6Mənbələr