AZ

"Bomba sığınacaqları belə kömək etməyəcək"

Medvedev hipersəs ballistik raketin xüsusiyyətlərinə diqqət çəkərək müharibəyə dəstəyin dayandırılmasının daha yaxşı olacağını Avropaya tövsiyə edib.

Olaylar xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropanın Rusiyanın yeni "Oreşnik" hipersonik ballistik raketinin vura biləcəyi zərəri hesablamağa çalışdığını və bunun əvəzinə müharibəyə dəstəyin kəsilməsinin daha yaxşı olacağını bildirib.

Döyüş başlıqları nüvə olarsa, bu sistemin hansı ziyana səbəb olacağı ilə bağlı Avropanın proqnozlar verdiyini qeyd edən Medvedev, avropalıların beynində bu raketləri vurmağın mümkün olub-olmaması və raketlərin nə qədər tez hədəfə çata biləcəyi ilə bağlı sualların olduğunu bildirib. 

Bu sualları cavablandıran Medvedev, "Zərər qəbuledilməz olardı, onları müasir vasitələrlə vurmaq mümkün deyil və sadəcə dəqiqələr burada rol oynayır. Bomba sığınacaqları belə kömək etməyəcək, ona görə də ümid etmək olar ki, Rusiya əvvəlcədən xəbərdarlıq edəcək".

Medvedev bu şərtlər fonunda Avropanın müharibəyə verdiyi dəstəyi geri götürməsinin daha yaxşı olacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
1
olaylar.az

2Mənbələr