AZ

"Sabah" Renduliçi qovdu: Bu ölkədən məşqçi gətirir

Rusiyalı məşqçi Vasili Berezutski "Sabah"ın baş məşqçisi ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "Legalbet.ru" məlumat yayıb.

Bakı təmsilçisi rusiyalı mütəxəssislə danışıqlar aparır. Məşqçidə potensial gördükləri üçün klub Berezutskini təyin etməyə hazırdır.

2024-cü il yanvarın 1-dən Vasili Berezutski "Şanxay Şenxua"da baş məşqçi Leonid Slutskinin köməkçisi kimi çalışır. Mənbənin sözlərinə görə, Çin klubu Azərbaycan təmsilçisi ilə anlaşacağı təqdirdə Berezutskini buraxmağa hazırdır.

Seçilən
18
1
publika.az

2Mənbələr