AZ

Alessandro Del Pyero prezident olmaq istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Keçmiş futbolçu, Alessandro Del Pyero İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti postuna namizədliyini irəli sürə bilər.
Oxu.Az xəbər verir ki, yeni prezident seçkisi 2025-ci il fevralın 3-nə təyin edilib.
50 yaşına bu il noyabrın 9-da qədəm qoyan Del Pyero 2015-ci ildə karyerasını bitirib. Forvardın son klubu Hindistanın Dehli "Dinamo"su olub. "Yuventus"un heyətində Alessandro altıqat ölkə çempionu və Çempionlar Liqasının qalibi olub. İtaliya millisi ilə birlikdə hücumçu 2006-cı ildə dünya çempionatında qızıl medal qazanıb.
Seçilən
9
oxu.az

1Mənbələr