AZ

POS-terminalların olmamasına görə maliyyə sanksiyaları tətbiq edilib

Dövlət Vergi Xidmətinin nəzarət tədbirləri nəticəsində 258 pərakəndə ticarət və iaşə obyektində ödənişlərin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürmə əməliyyatları ilə həyata keçirilməsi halları aşkar edilib. Həmçinin, araşdırmalar zamanı 40-a yaxın sahibkarlıq subyektində POS-terminalların quraşdırılmadığı müəyyənləşdirilib.Bu hallarla bağlı maliyyə sanksiyaları tətbiq olunub.

Fins.az xəbər verir ki, POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbul edilməməsi halları təkrarlandıqca, vergi ödəyicisinə 1.000 manatla başlayaraq 6.000 manatadək maliyyə cəzası verilə bilər. Dövlət Vergi Xidməti, POS-terminalların və nəzarət-kassa aparatlarının istifadəsinin məcburi olduğunu və istehlakçıların hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun ödənişlərin həyata keçirilməsini tələb edir.

Zemfira Ms
Fins.az

                                       

 

Seçilən
1
fins.az

1Mənbələr