AZ

Sağlam ərzaq təminatı hərbi təhlükəsizliyimizdən ayrılmazdır - Deputat

“İnsanlar Göyçayın narını, Seylondan geri qalmayan Lənkəran çayını, Mil-Muğanın ətirli çörəyini tapa bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

“Yaşlı nəsil həyatdan gedir. Bu əmək ənənələri və təcrübələr itir. Nəticədə geni modifikasiya olunmuş cəmiyyət qazanırıq. Azad olunan torpaqlarda zəngin otlaq sahələri, düzgün investisiya siyasəti daxili tələbatı 100 faiz ödəyə bilər. Sağlam ərzaq təminatı hərbi təhlükəsizliyimizdən ayrılmazdır", - deputat bildirib.


Müəllif: Şəbnəm Zahir
Seçilən
11
1
teleqraf.com

2Mənbələr