AZ

Azərbaycanda aqrar sahəyə xüsusi diqqət var

“Ölkəmizə şər-böhtan davam edilir, Ermənistan silahlanır. O cümlədən Qərb ölkələri bizə təzyiq göstərməyə çalışır”.

Viral.az xəbər verir ki, bunu parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bugün keçirilən plenar iclasda deyib.

“Azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsində işlər görülür, bu da həmin yerlərdə yaxın gələcəkdə iqtisadiyyatının yaxşılaşacağından xəbər verir. Ümumiyyətlə, Azərbaycanda aqrar sahəyə xüsusi diqqət var. Dövlət büdcəsi layihəsi çox uğurludur. 2025-ci il uğurlu və güclü olacaq”, – deyə komitə sədri qeyd edib.

Son Yazılar:

Türkan

Seçilən
0
1
viral.az

2Mənbələr