Xərcləri az olduğu üçün əksər mətbəxlərdə kərə yağı yerinə üstünlük verilən marqarin ürək-damar əleyhinə olan qidaların başında gəlir.
News24.az xəbər verir ki, tərkibində trans yağ olan marqarin pis xolesterinin səviyyəsini artırır və yaxşı xolesterinin səviyyəsini aşağı salır. Bu, ürək sağlamlığını ciddi risk altında qoyur.
Marqarinin tərkibində iltihaba səbəb ola biləcək kimyəvi maddələr var. Xroniki iltihab; Diabet, ürək xəstəlikləri və bəzi xərçəng növləri kimi bir çox xroniki xəstəliklərin əsas faktorudur. Marqarinin müntəzəm istifadəsi xroniki iltihabı artıra bilər.
Eyni zamanda, marqarin yüksək kalorili olduğu üçün çəki artımına səbəb ola bilər. Həddindən artıq marqarin istehlakı, xüsusən də bel ətrafında piylərin yığılmasına yol açır və bu da piylənmədən əziyyət çəkmə ehtimalını artırır.
Marqarində olan trans yağlar immunitet sistemini zəiflədir, orqanizmi infeksiyalara qarşı həssas edir.
Marqarin istehlakı qaraciyərin yağ mübadiləsinə mənfi təsir göstərərək qaraciyərin yağlanmasına da səbəb ola bilər.
British Medical Journal-da dərc edilən bir araşdırma, kərə yağı əvəzinə marqarin istehlak edən orta yaşlı avstraliyalı kişilərin vaxtından əvvəl ölüm riskinin demək olar ki, iki dəfə çox olduğunu göstərib.
Günel Məlikzadə