AZ

"İkiüzlülük bu qlobal problemlərin həllinə əsas maneədir" - ŞƏRH EDİLDİ

"Qərb ölkələri iqlim dəyişiklikləri nəticəsində yaranmış problemlərin həllinə maksimum şəkildə, yaxud da, minimum həddə pul ayırmağa üstünlük verirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.O bildirib ki, çünki onlar başa düşürlər ki, bu pulların ayrılması xüsusilə də, inkişaf etmiş ölkələr üçün iqtisadi mövqelərini zəiflədə bilər: "İllərdir ki, Qərb ölkələri inkişafda olan ölkələrin sərvətlərini talayıblar, mənimsəyiblər. Burada çirkli texnologiyalardan, qanunsuz texnologiyalardan istifadə ediblər. Bu da son nəticədə həmin ölkələrin təbiətinə böyük zərbə vurub. Bu problemlərin aradan qaldırılması üçün külli miqdarda pul lazımdır. Bu pulları da Qərb vəhşi siyasətinin nəticələrinin düzəlməsinə ayırmaq istəmir. Ona görə də, COP29 çərçivəsində bu məsələ ən çox müzakirə olunan məsələ idi.Qərb ölkələrinin xərclər strukturuna baxsaq, görə bilərik ki, daha çox pul müharibələrə, müdafiə məqsədlərinə ayrılmış istiqamətlərə xərclənir. Nəticə etibarilə Qərb hal-hazırda daha çox müharibələrlə məşğuldur, nəinki iqlim dəyişmələri ilə. Müdafiə xərcləri son bir neçə il ərzində kəskin şəkildə artıb. Milyardlarla dollar ilə müharibələrə, silah-sursatların hazırlanmasına yönəlir. Ona görə də, əlavə xərclər təklif olunur ki, bu iqlim dəyişikliklərinin nəticələrinin qarşısını almaq üçün yönələn xərclər onlar üçün önəmli deyil. Onun üçün əlavə xərclər ayırmaq istəmirlər"."COP29 çərçivəsində aparılan diskussiyalar, Qərb ölkələrinə qarşı kəskin tənqidlər, Azərbaycanın ustalıqla keçirdiyi danışıqlar, vasitəçilik rolu öz nəticəsini verib. Sonda bu qərar qəbul olunub. Bunu da demək lazımdır ki, qərarı Qərb ölkələri də alqışlayıblar. Xüsusilə, Amerika Birləşmiş Ştatlarının prezidenti, Avropa komissiyasının sədri alqışlayıb. Hərçənd ki, bu dairələr bir neçə həftə bundan əvvəl bu iqlim sazişini, Azərbaycanı tənqid edirdilər. Əsassız şəkildə Azərbaycanı ittiham edirdilər. Amma indi vəziyyət dəyişib. Çünki Azərbaycan konkret nəticələr əldə edib. Bu da onların ikiüzlü siyasətini bir daha göstərir. Azərbaycan əgər hansısa nailiyyətə imza atmasa idi, tənqidlər düşünmək olar ki, birə on artacaqdı. Azərbaycan tənqidlər üçün heç bir əsas verməyibsə, hətta uğurlara əl atıb, bu dairələr təcili şəkildə öz mövqelərini dəyişiblər. Azərbaycanı alqışlayırlar. Onların siyasəti həmişə belə olub, həmişə də belə olacaq. Ona görə də, təəccüblənmək olmaz ki, dünyada qlobal problemlər bu şəkildə həll olunur, daha çox həll olunmur. Çünki ikili standartlar, ikiüzlülük bu qlobal problemlərin həllinə əsas maneədir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Seçilən
0
1
sesqazeti.az

2Mənbələr