AZ

Özbəkistanda çəkisi 7 kiloqrama yaxın olan körpə dünyaya gəldi - FOTO

Özbəkistanda çəkisi yeddi kiloqrama yaxın körpə dünyaya gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə Daşkənd vilayətinin səhiyyə idarəsinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, çəkisi 6865 qram olan oğlan uşağı noyabrın ortalarında Nurafşan şəhərinin perinatal kompleksində dünyaya gəlib. Doğuş qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. 

Hazırda ana və yeni doğulan körpə həkimlərin nəzarəti altındadır. Uşağın vəziyyəti kafi qiymətləndirilir. 

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Çelyabinsk şəhərində doğum evlərinin birində çəkisi beş kiloqramdan çox olan uşaq dünyaya gəlib. 






Bizim.Media

Seçilən
14
1
bizim.media

2Mənbələr