Bakıda 8 yaşlı qız xəstəxanaya aparılarkən vəfat edib.
Avtosfer.az xəbər verir ki, hadisə dünən səhər saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.
Yaşadığı evdə halı pisləşən 2016-cı il təvəllüdlü Aylin İslam qızı Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.
Bildirilir ki, bir neçə gün əvvəl A.Məmmədova burun-boğaz əməliyyatı keçirib. Yaxınları onun həkim səhlənkarlığından həyatını itirdiyini bildiriblər.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.