AZ

NATO-nun baş katibi Ərdoğanla görüşəcək

NATO-nun baş katibi Mark Ryutte terror təhlükəsi, Ukrayna münaqişəsi və Yaxın Şərqdəki böhran da daxil olmaqla, artan kollektiv təhlükəsizlik çağırışlarını müzakirə etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü səbirsizliklə gözlədiyini bildirib. Məlumatı “Anadolu” verib. 

Ryutte vəzifəyə gəldikdən sonra Ankaraya ilk səfəri zamanı demişdi: “Getdikcə gözlənilməz olan bir dünyada Türkiyə cənub cinahında çəkindirməni gücləndirməklə alyansa əvəzsiz töhfə verir”.

Hərbi-siyasi blokun rəhbəri vurğulayıb ki, Türkiyə NATO-nun ikinci böyük ordusuna, təsirli müdafiə sənayesinə malikdir və 70 ildən artıqdır ki, güclü və sadiq müttəfiqdir.

NATO-dan bildirilib ki, Ryutte bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər ​​ilə görüşəcək. Alyans rəhbəri Türkiyənin müdafiə sənayesinin nümayəndələri ilə də görüşəcək, Türkiyənin TUSAŞ aerokosmik şirkətinin obyektlərini və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edəcək.

P.ƏMİRCANOV
XQ

Seçilən
11
xalqqazeti.az

1Mənbələr