AZ

Qubada “İdman festivalı 2024″ açılış mərasimi keçirilib

Quba şəhərində “İdman festivalı 2024”-ün rəsmi açılış mərasimi keçirilib.
22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba şəhərindəki Nizami adına Mədəniyyət və İstirahət parkında “İdman festivalı 2024”-ün rəsmi açılış mərasimi keçirilmişdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun, Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbovun, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadənin, Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələrinin, ictimai təşkilatların rəhbərləri və kollektivlərinin, rayonun idarə, müəssisə və təşkilatları rəhbərlərinin və əməkdaşlarının, çoxsaylı rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi festivalda əvvəlcə ağırlıqqaldırma, atıcılıq, basketbol, futbol, atletika, boks, cüdo, voleybol, idman dırmanması, badminton, oxatma, qılıncoynatma, triatlon, taekvondo, velosiped, kanoe və avarçəkmə, qış idman növləri, həndbol, gimnastika, güləş tennis, reqbi, stolüstü tennis və digər idman növlərinin nümunəvi çıxışları izlənilmişdir.
Tədbirdə ilk olaraq çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycan idmanının inkişaf etdirilməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin “Respublikamızda bədən tərbiyəsi və idman geniş yayılmalıdır” ideyasının hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilməsindən, ölkə rəhbərinin apardığı uğurlu idman siyasətinin nəticəsi olaraq bu gün doğma Azərbaycanımızın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsindən, idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks tədbirlərin həyata keçirilməsindən, gənclərin vətənpərvər, sağlam ruhda böyümələri, idmanla məşğul olmalarının önəmindən danışmışdır.
Gənclər və İdman naziri Fərid Qayıbov çıxışında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr kimi idman sahəsinin də inkişaf etməsini, idmançıların yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmasını, onların maddi rifah halının, eləcə də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, müasir standartlara cavab verən idman infrastrukturunun yaradılması nəticəsində ölkəmizin uğurlarının günbəgün artmasını, idmançılarımızın beynəlxalq arenalarda uğurla təmsil olunmalarını diqqətə çəkmişdir.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etmişdir.
Qeyd edək ki, 23 noyabr 2024-cü il tarixdə də Nizami adına Mədəniyyət və İstirahət parkında “İdman festivalı” gün ərzində davam edəcəkdir.
Seçilən
0
1
xalq.az

2Mənbələr