AZ

Britaniya iki Rusiya şirkətinə sanksiyalar tətbiq etdi


Böyük Britaniya hökuməti Rusiyanın iki sığorta şirkətini - "AlfaStrakhovanie" və VSK-nı sanksiyalar siyahısına daxil edib. Bu, onların “strateji əhəmiyyət kəsb edən sektorda bizneslə məşğul olmaqla Rusiya hökumətinə dəstək verməsi” ilə izah edilib.

Bakupost.az Lenta.ru-ya istinadən xəbər verir ki, sanksiyalar, Rusiyadan üçüncü ölkələrə neft və neft məhsulları daşıyan 30 tankerə də şamil edilib. Diplomatik mənbələr, bu sanksiyaların əsas səbəbini gəmilərin Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini pozmaqla əlaqəli fəaliyyətlərdə iştirak etməsi ilə izah edirlər.

Bir neçə gün əvvəl Böyük Britaniya korrupsiya ilə mübarizə çərçivəsində, ukraynalı milyarderi Dmitri Firtaş və onun həyat yoldaşına qarşı da sanksiyalar tətbiq edib. Britaniya hökumətinin məlumatına görə, iş adamı, dövlət məmurlarını rüşvət verərək, Ukraynanın qaz nəqli şəbəkəsinin əmlakını mənimsəyib və sərvət əldə edib. Bu sanksiyalara, həmin şəxslərin aktivlərinin dondurulması və krallığın ərazisinə girişinin qadağan edilməsi daxildir

Lalə, Bakupost
Seçilən
13
bakupost.az

1Mənbələr