AZ

“SOCAR Green” ABŞ şirkəti ilə razılığa gəlib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green”, COP29 çərçivəsində ABŞ-nin "Schlumberger" (SLB) şirkəti ilə ölkədə geotermal enerji potensialının birgə öyrənilməsi üçün əməkdaşlıq barədə razılığa gəlib.

FED.az xəbər verir ki,  bu barədə “SOCAR Green”in bu gün "Linkedin" sosial şəbəkəsindəki hesabında dərc edilmiş məlumatında bildirilir. 

"COP29 kuluarlarında “SOCAR Green” və SLB Azərbaycanda geotermal enerji layihələrinin inkişafı üzrə Anlaşma Memorandumu imzalayıblar", - məlumatda bildirilib.

Sənədi SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və SLB şirkətinin “New Energy” bölməsinin prezidenti Qevin Rennik imzalayıblar.

SLB-nin sosial şəbəkəsindəki məlumatında qeyd olunub ki, memorandum çərçivəsində şirkət “SOCAR Green”ə geotermal layihələrin bütün mərhələlərində hərtərəfli texniki dəstək göstərəcək.

"Qarabağ regionu geotermal enerji üçün böyük potensiala malikdir. SLB-nin “GeothermEx” məsləhət qrupu bu sahənin inkişaf istiqamətlərinin qiymətləndirilməsi üçün “SOCAR Green” ilə əməkdaşlıq edəcək", - məlumatda vurğulanıb. (Report)

Seçilən
15
3
fed.az

4Mənbələr