Bukingem sarayı 2027-ci ilə qədər təmir üçün bağlanıb.
Azpost.info xəbər verir ki, bu barədə “The Times” yazır.
“Britaniya kralı III Çarlzın iqamətgahı təmir üçün bağlanıb. Sarayın 369 milyon funt sterlinq dəyərində təmiri zamanı dövlət ziyarətləri Vindzor qəsrində baş tutacaq”, – məlumatda deyilir.
Nəşrin yazdığına görə, kral Çarlz ofisini, iclas otaqlarını və yeməkxananı sarayın qərb qanadının birinci mərtəbəsində yerləşən “Belgian Apartments”a köçürüb. İndi monarxın istifadə etdiyi otaqlar arasında onun doğulduğu Orlean otağı da var.
Çarlz şimal qanadındakı şəxsi mənzillərinin yenidən qurulmasını şəxsən maliyyələşdirməyə qərar verib, qalan təmir işləri dövlət vəsaiti ilə aparılacaq.
Hələ 2017-ci ildə Çarlzın kral olduqdan sonra Bukingem sarayından kral iqamətgahı kimi istifadə etmək istəmədiyini bildirilmişdi.
Azpost.info