AZ

Livanda ölü sayı 4 minə yaxınlaşır

Livanın Səhiyyə Nazirliyi son gündə İsrailin hücumlarında daha 84 nəfərin öldüyünü bildirərək, 8 oktyabr 2023-cü ildən bu yana ölənlərin sayının 3754 nəfərə çatdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun davam edən hücumları nəticəsində ölən və yaralananların sayı barədə məlumat verilib.

Açıqlamada sözügedən hücumlarda Baalbekdə 33, Cəbəl Livanda 29, Cənubda 12, Nəbatiyədə 7, Bekada 3 nəfərin həyatını itirdiyi və ümumi itkilərin olduğu ifadə edilib. İsrailin hücumlarında isə 3 min 754 oldu.

Açıqlamada İsrailin hücumlarında daha 213 nəfərin yaralandığı, yaralananların sayının isə 15 min 626 nəfərə yüksəldiyi bildirilib.

2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də intensiv hava hücumu həyata keçirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
29
turkustan.az

1Mənbələr