AZ

Netanyahu "Hizbullah"la atəşkəsi təsdiqlədi

İsrailin Baş naziri Benyamin Netanyahu Livanın "Hizbullah" şiə təşkilatı ilə atəşkəs razılaşmasını ilkin olaraq təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Netanyahu bu qərarı İsrail rəsmiləri ilə məsləhətləşmələr zamanı qəbul edib.

Xəbərə görə, İsrail tərəfi razılaşmanın bəzi maddələrinə dair şübhələrə malikdir. Həmin maddələrin Livan hökumətinə təqdim ediləcəyi qeyd olunur.

Eyni zamanda, mənbələr danışıqların müsbət istiqamətdə irəlilədiyini vurğulayıblar. Lakin İsrail və "Hizbullah" arasında qarşılıqlı zərbələrin davam etməsi hər an danışıqların pozulması riski yaradır.

Məlumata görə, atəşkəs razılaşması İsrail Nazirlər Kabineti tərəfindən də təsdiqlənməlidir. Hələlik bu, baş verməyib.

Lalə, Bakupost
Seçilən
13
bakupost.az

1Mənbələr