AZ

Qaraçı qadın metronun düz ortasında uşaq DÜNYAYA GƏTİRDİ – VİDEO

Sankt-Peterburqda qaraçı metronun düz ortasında uşaq dünyaya gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Sankt-Peterburqun “Qorkovskaya” stansiyasında qadın uşaq dünyaya gətirib.

“Bu gün “Qorkovskaya”da heyrətamiz bir hadisə baş verdi. Yəqin ki, metropoliten işçiləri bunu uzun müddət xatırlayacaqlar. Bütün dünyanın analar bayramını qeyd etdiyi gündə sərnişinlərdən biri düz platformada oğlan uşağı dünyaya gətirib”, – metropolitenin mətbuat xidməti yazıb.

Hadisə şahidlərinin sözlərinə görə, qadın vaqonda sancılar hiss edib, sonra stansiyaya çıxıb və orada sancılar daha da güclənib.

Stansiyanın əməkdaşları təcili yardım çağırıb, lakin həkimlər gələnə qədər körpə doğulub. Onu stansiya işçiləri qəbul etməli olub.

“Bu inanılmaz idi! Hamımız şokda idik, amma anaya dəstək olmağa çalışdıq”, – stansiyanın növbətçisi Yevgeniya Bordaçeva bildirib.

Mətbuat xidməti dəqiqləşdirib ki, ana və uşağın səhhəti stabil və yaxşı vəziyyətdə həkimlərə təhvil verilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
29
1
interpress.az

2Mənbələr