AZ

Azərbaycanlı hakimlər Avropa Kubokunda

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar.

İdman.biz xəbər verir ki, onlar kişi həndbolçuların EHF Avropa Kubokunun üçüncü mərhələsində ədaləti qoruyacaqlar.

Təmsilçilərimiz “Vardar” (Şimali Makedoniya) - “Melzungen” (Almaniya) matçının hakimi olacaqlar.

Qeyd edək ki, sabah Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək oyun saat 23:45-də start götürəcək.

İdman.biz

Seçilən
23
idman.biz

1Mənbələr