AZ

Dövlət büdcəsinin qalıq vəsaiti ilə borcların azaldılması təklif olunur

2025-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı müəyyən edilib ki, büdcə kəsirinin 3,1 milyard manat olması proqnozlaşdırılır. Bu kəsirin 1,8 milyard manatı daxili dövlət borclanması ilə maliyyələşdiriləcək. Dövlət istiqrazları vasitəsilə daxili borcun artımı davam edəcək ki, bu da faiz xərclərinin artması ilə əlaqədar faiz riski, borcun yenidən maliyyələşdirilməsi ilə bağlı təkrarmaliyyələşmə riski və maliyyə bazarlarında kifayət qədər vəsait cəlb etməklə bağlı likvidlik riskini artırır.

Fins.az xəbər verir ki, “Hesablama Palatasının rəyinə” əsasən, daxili borcun yüksək faizlə maliyyələşdirilməsi, qısamüddətli borcların üstünlük təşkil etməsi və istiqrazların gəlirliliyindəki dəyişikliklər bu risklərin xüsusi diqqət tələb etdiyini göstərir.

Cari ilin 10 ayının icra göstəricilərinə görə, dövlət büdcəsinin gəlirləri xərclərdən 3 milyard manat çoxdur. Bu isə ilin sonunda əhəmiyyətli bir qalıq vəsaitin yaranacağını göstərir. Bununla yanaşı, öhdəliklərin sərbəst qalıqla ödənilməsi və qısamüddətli istiqrazların vaxtından əvvəl geri alınması məsələləri də müzakirə olunur. Bu tədbirlər dövlət borcunun həcmini azaltmaqla yanaşı, faiz xərclərinin gələcəkdə artımını da əngəlləyə bilər.
 

Zemfira Ms
Fins.az

                                      

 

Seçilən
1
17
fins.az

10Mənbələr