AZ

Gələn il mediaya 65,1 milyon manat ayrılacaq - Azər Allahverənov

Yazını böyüt
Yazını kiçilt

"2025-ci ildə kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə 65,1 milyon manat maliyyə yardımı nəzərdə tutulub". Bunu qəzetimizə açıqlamasında millət vəkili Azər Allahverənov bildirib.

Millət vəkili deyib ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcə zərfində qeyd edilən bu göstərici 2024-cü illə müqayisədə 0,3 faiz çoxdur.

O, vurğulayıb ki, həmin vəsait "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin və digər KİV-lərin fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulub.

Millət vəkili həmçinin deyib ki, gələn il üçün televiziya, radio və nəşriyyat sahəsinə ayrılan vəsait də artırılır. Növbəti ilin büdcə layihəsinə əsasən, bu istiqamətdə xərclər 67 746 5710 manat təşkil edəcək. Bu göstərici  2025-ci il üzrə mədəniyyət, incəsənət, informasiya, bədəb tərbiyəsi; gəbclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin istiqamətlər üzrə müəyyən olunan ümumi məbləğin 10,7 faizini təşkil edir.

A.Allahverənov 2025-ci ilin dövlət büdcəsində Qeyri-Hökumət Təşkilatları üçun proqnoz edilən vəsaitə də aydınlıq gətirib. Bildirib ki, bu istiqamətdə büdcədən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi üçun (QHT-lər üçün qrant müsabiqələri də daxil olmaqla) 7,4 milyon manat vəsait ayrılması planlaşdırılır: "Büdcə proqnozlarına əsasən, QHT-lərə ayrılan vəsaitdə 8,5 faiz artım nəzərdə tutulub. Lakin hesab edirəm ki, bu artımın daha yüksək, təxminən 15-20 faiz civarında olması effektiv, xüsusilə də beynəlxalq platformalarda yeni dövrün çağırışlarına adekvat fəaliyyətlər həyata keçirmək üçün imkan yarada bilər".

Seçilən
22
1
hafta.az

2Mənbələr