AZ

Millimizə qarşı oynayan forvard 2 London nəhəngindən birinə keçəcək

İsveç millisinin və "Nyukasl"ın hücumçusu Aleksandr İsak İngiltərədə klubunu dəyişməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, məlumatı "TEAMtalk" yayıb. 

"Çelsi" və "Arsenal" 25 yaşlı forvardı əldə etməyə çalışır. "Sağsağanlar" futbolçusuna daha yüksək maaşla yeni müqavilə təklif etsələr də, o, ambisiyalarını düşündüyünü bildirərək "top klub"ların təklifi ilə maraqlanır. İsak Çempionlar Liqasında iştirak edən və kuboklar uğrunda mübarizə aparan klubda oynamaq istəyir. Belədə "Nyukasl" 115 milyon funt-sterlinqdən başlayan təklifləri nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Alexander Isak bu mövsüm klub səviyyəsində 11 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, o, İsveç yığmasının heyətində son oyununu Millətlər Liqasında məhz millimizə qarşı keçirib. İsak komandasının 6:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, bu görüşdə fərqlənə bilməyib.

Mirağa

Seçilən
7
fanat.az

1Mənbələr