AZ

Dövlət sirrini yaymaqda ittiham olunan Ədalət Verdiyevi neçə il həbs gözləyir?

"Dövlət sirrini yayma, yəni vəzifəsinə uyğun olaraq etibar edilmiş məlumatların yayılmasına görə cinayət tərkibi yaranır".
 
Bunu Oxu.Az-a açıqlamasında hüquqşünas Emil Aslanov deyib.
 
"Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar ona və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən, qulluq mənafeyindən qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda Cinayət Məcəlləsindəki 308-ci maddənin tərkibi yaranır. 308-ci maddənin ikinci hissəsində isə yazılır ki, qeyd olunan əməllər ağır nəticələrə səbəb olduqda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
 
E.Aslanov bildirib ki, Cinayət Məcəlləsinin 284-cü maddəsi dövlət sirrini yayma maddəsidir.
 
"284.1-ci maddədə göstərilir ki, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
284.2-ci maddədə isə qeyd olunur ki, eyni əməllər ağır nəticələrə səbəb olduqda, şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır", - deyə hüquqşünas bildirib.
Seçilən
24
5
moderator.az

10Mənbələr