AZ

Rusiyada məşhur blogerə cinayət işi açılıb

Rusiyalı məşhur bloger İlya Varlamov barəsində cinayət işi açılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, blogerə qarşı Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi) iş açılıb.

Varlamovu 2 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, İlya Varlamov 2023-cü ilin martında Rusiyada xarici agent kimi tanınıb. Ədliyyə Nazirliyi onun xaricdən maliyyə aldığını və “dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yaydığını” hesab edib.

Seçilən
4
50
azpolitika.info

10Mənbələr