Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək.
Publika.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Qeyd edək ki, KTMT-nin bu sammitində regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq, bir sıra sənədlər qəbul ediləcək.