AZ

Paşinyan: “Rusiya telekanalları Ermənistanın daxili işlərinə qarışırdı”

“Rusiya telekanalları Ermənistanın daxili işlərinə qarışırdı”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların suallarını cavablandırarkən ölkədə Rusiya kanallarının bağlanmasına münasibətində deyib.

N.Paşinyanın sözlərinə görə, 2020-ci ilin dekabrından Ermənistan və Rusiya arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb: “Həmin sənəd Ermənistanda Rusiya kanallarının, Rusiyada isə erməni kanallarının yayımını tənzimləyir. Orada aydın şəkildə göstərilib ki, telekanallar ölkənin daxili işlərə qarışmağa və ya ölkə daxilində sabitliyi pozmağa cəhd etməməlidirlər. Bizim dövlət qurumları, o cümlədən Televiziya və Radio Komissiyası, Yüksək Texnologiyalar Sənayesi Nazirliyi bu sahədə müəyyən problemlər qeydə alıb. Fikrimizcə, son aylar bu razılaşma pozulur”.

Baş nazir qeyd edib ki, Ermənistan 2 ölkə arasındakı dostluq münasibətlərini nəzərə alaraq qarşı tərəfi məsləhətləşmələrə dəvət edib: “Ümid edirəm ki, bu məsləhətləşmələr problemi normal, işgüzar, dostluq şəraitində həll etmək üçün mümkün qədər tez baş tutacaq”.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Teleradio Komissiyası Rusiya televiziya kanallarının respublika ərazisində yayımı haqqında sazişin müddəalarının pozulması faktını aşkarlamışdı.

Seçilən
115
4
report.az

4Mənbələr