AZ

Almaniya yeni bunkerlər tikməyə başlayacaq

Almaniya ölkənin mövcud hava hücumundan müdafiə sığınacaqları şəbəkəsini genişləndirməyi planlaşdırır.

Teleqraf.com "Bild" nəşrinə istinadən xəbər verir ki, buna səbəb mövcud sığınacaqlarım əhalinin yalnız kiçik bir hissəsini qəbul etmək gücündə olmasıdır.

Nəşrin məlumatına görə, ölkə əhalisinin 83 milyon nəfər olmasına baxmayaraq mövcud sığınacaqların tutumu təxminən yarım milyon nəfərdir. Hakimiyyət Rusiya təhlükəsi səbəbindən yenidən sığınacaqlar tikməyə başlayacaq.

"Bild" qeyd edir ki, Almaniya 2007-ci ildən bunkerlərin və sığınacaqların tədricən sökülməsi proqramına start verib. Hazırda Almaniyada 480 min nəfər üçün nəzərdə tutulmuş 579 ictimai sığınacaq qalacaq.

Nəşrin məlumatına görə, Almaniya höküməti hazırda milli bunker planı hazırlayır. Başlamaq üçün raket hücumu zamanı müdafiəni təmin edə biləcək bütün mövcud binaların və fərdi evlərin (şəhər idarələri, metro stansiyaları, inzibati binalar) siyahısını tərtib etmək planlaşdırılır. Bundan əlavə, vətəndaşların evlərində müvəqqəti sığınacaqlar qurması təşviq ediləcək.


Müəllif: Arzu
Seçilən
19
teleqraf.com

1Mənbələr