AZ

SEPAH-ın hərbi maşını partladıldı: ölənlər var

Sistan və Bəlucistan əyalətinin Zahidan-Xaş şəhərləri arasında SEPAH-a məxsus hərbi avtomobil partladılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.Bildirilib ki, maşın yolda quraşdırılmış bomba nəticəsində partlayıb.Məlumata görə, partlayış nəticəsində 4 SEPAH üzvü öldürülüb, 3-ü yaralanıb.Sistan və Bəlucistan əyalətinin polis rəisi Dostəli Cəlilian mediaya açıqlamasında yola quraşdırılmış bomba ilə yanaşı, SEPAH avtomobilinə bir neçə tərəfdən silahlı hücum edildiyini deyib.O, bombanın partlaması və silahlı qarşıdurma zamanı heç bir ölüm halının qeydə alınmadığını bildirib.Hücumçular hadisə yerindən qaçmağa nail olublar.Bəlucların “Ənsar əl-Furqan” silahlı təşkilatı məsuliyyəti öz üzərinə götürüb.
phrase_var_article.chosen
158
4
buta.ws

5phrase_var_article.sources