İsrailin Baş naziri Binyamin Netanyahu İsrail rəsmiləri ilə təhlükəsizlik üzrə məsləhətləşmələrində “Hizbullah”la mümkün atəşkəs sazişini şifahi olaraq təsdiqləyib.
Ölkə.az “Qafqazinfo” xəbər verir ki, bu barədə CNN rəsmi mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, İsrailin hələ də Livan hökumətinə çatdırmaq istədiyi bəzi detallar var.
Digər tərəfdən atəşkəs razılaşmasının İsrail Nazirlər Kabineti tərəfindən də təsdiqlənməsi lazımdır ki, bu hələ də baş tutmayıb.
Danışıqlarla tanış olan mənbələr razılığa doğru müsbət istiqamətdə sıçrayış olduğunu bildiriblər, onu da qeyd ediblər ki, bu mərhələdə atılacaq olan hanısa səhv addım danışıqlar prosesini uzadır.