Qazaxıstanın şərqində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 23:42-də (Bakı vaxtı ilə saat 22:42-də) baş verib. Zəlzələnin episentri Çin sərhədinə yaxın Jarkent şəhərindən 40 km məsafədə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Müəllif: Teleqraf.com