AZ

Fransada dəmir yolu işçiləri tətil keçicərəklər

Fransa Dövlət Dəmir Yollarının (SNCF) əməkdaşları növbəti tətilə hazırlaşırlar.

APA “Figaro” nəşrinə istinadən xəbər verir ki, həmkarlar təşkilatları dekabrın 11-də axşam saatlarından başlayaraq tətil keçirmək barədə qərar qəbul edib.

Etiraz aksiyasına səbəb SNCF-in yük bölməsinin özəlləşdirilməyə çıxarılmasıdır. Dəmir yolçuların həmkarlar təşkilatları konfederasiyaları özəlləşdirməyə moratorium qoyulması tələbini irəli sürüb.

SNCF-in yük bölməsinin özəlləşdirilməsi tələbini Avropa Komissiyası irəli sürüb. Komissiya bu bölməyə dövlət dotasiyasını əsassız hesab edir.

Seçilən
4
10
apa.az

10Mənbələr