Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanovun dekabrda vəzifədən alınacağı gözlənilir...
Poliqon xəbər verir ki, bu barədə “New Voice” nəşri mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, son bir ildə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəisi Kirill Budanovun istefası barədə ikinci dəfədir ki, belə xəbər yayılır.
Mənbələrin bildirdiyinə görə, Budanovun yerinə mümkün varis tapılıb. Yeni GUR rəhbəri Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbərinin müavini Aleksandr Poklad ola bilər.
Xatırladaq ki, payızın əvvəlində KİV-də Kirill Budanovun mümkün işdən çıxarılması ilə bağlı məlumatlar yayılmağa başlayıb.
Təhlükəsizlik və müdafiə sahəsində vəziyyətlə tanış olan ukraynalı mənbənin sözlərinə görə, Vladimir Zelenskiyə yaxın adamlar Kirill Budanovu “hökumətə daha sadiq olan şəxs”lə əvəzləmək istəyirlər.
Təşəbbüsün əsas lobbiçiləri Zelenskinin ofisinin rəhbəri Andriy Ermak və Aleksandr Pokladın özüdür. Onlar hesab edirlər ki, hərbi kəşfiyyat rəhbərinin açıq bəyanatları Ukraynaya zərər verir.
Poliqon.info