AZ

Zaxarova: Trampa qarşı cinayət işlərinin bağlanması “Amerika demokratiyasını” xarakterizə edir...

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra ona qarşı federalcinayət işlərinın dayandırılmasını şərh edib...

Poliqon xəbər verir ki, diplomat öz Telegram kanalında Amerika ədalətinin “heyrətləndirici dövri təbiətinə” diqqət çəkib.

Qeyd edək ki, bir gün əvvəl Trampın keçid kommunikasiyaları üzrə direktoru Stiven Çanq Ədliyyə Departamentinin respublikaçıları mühakimə etməyi dayandırmaq qərarını “qanunun aliliyi üçün böyük qələbə” adlandırıb. Şərh xüsusi prokuror Cek Smitin Donald Trampa qarşı 2021-ci ildə Kapitoli hadisələrinə müdaxilə cəhdi və iştirak ittihamlarını rədd etmək üçün vəsatət qaldırmasından sonra gəlib. Daha sonra Vaşinqton məhkəməsi Trampa qarşı cinayət işini işi rəsmi olaraq rədd edib.

Bununla bağlı Zaxarova vurğulayıb ki, ABŞ-da ədalət hər dörd ildən bir “mütləq qərəzsizlik” nümayiş etdirir və seçkilərdən əvvəl və dərhal sonra, lakin fərqli nəticələrlə baş verir

“Amerika demokratiyası belədir” deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr