Britaniya hökuməti bir neçə həftə əvvəl Ukraynanı onlarla uzaqmənzilli “Storm Shadow” qanadlı raketləri ilə təmin edib...
Poliqon xəbər verir ki, bu barədə Bloomberg mənbələrə məlumat yayıb. Qeyd edilir ki, bu, Kiyevi dəstəkləməyə davam edəcəyinə söz verən baş nazir Keir Starmerin hakimiyyətə gəlişindən sonra ilk silah tədarüküdür. Raketlərin dəqiq sayı və onların Ukraynaya göndərilmə vaxtı açıqlanmayıb.
Agentlik qeyd edib ki, tədarüklər ictimaiyyətə açıqlanmayıb, lakin onlar Kiyevin uzaqmənzilli raket ehtiyatının tükənməsi səbəbindən bu yaxınlarda həyata keçirilib.
“Raketlər ABŞ və Böyük Britaniyanın Ukraynaya Rusiya daxilindəki hədəflərə uzaqmənzilli mərmilər buraxmasına icazə verən son qərarından əvvəl göndərilib”, deyə mənbə bidirib.
Poliqon.info