AZ

Xalq artisti Rasim Abdullayev vəfat etdi

Azərbaycanın Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev vəfat edib.

OXU24.COM  xəbər verir ki, bu barədə Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

Qeyd edək ki, Rasim Abdullayev 1944-cü ildə Bakı şəhərində anadan olub.

1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solist olub.

2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Allah rəhmət etsin!

Seçilən
55
46
oxu24.com

10Mənbələr