AZ

Çinli alimlər Türk Akademiyasında

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Çin Xalq Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin nümayəndələri ilə görüşüb. Çin nümayəndə heyətinə İnformasiya və İctimai Diplomatiya Departamentinin rəhbəri Li Quanqzuo və Səfirliyin 3-cü katibi Tan Lu daxildir.

Görüşdə Şahin Mustafayev Akademiyanın əsas fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib, qurumun türk xalqlarının tarixi, mədəniyyəti və dillərinin öyrənilməsinə yönəlmiş davamlı elmi layihələrini diqqətə çatdırıb.

Çin Xalq Respublikası səfirliyinin nümayəndələri çinli alimlərin Türk Akademiyası, eləcə də təşkilata üzv olan ölkələrin akademik dairələri ilə əlaqələr qurmaqda maraqlı olduqlarını vurğulayıblar.

XQ

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr