Milli Hidrometeorologiya Xidmətinin noyabrın 26-sı, saat 9:00-a olan məlumatına görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Day.Az xəbər verir ki, xidmətin yaydığı məlumata əsasən, Lənkəran-Astara zonasında 10-30 mm, digər əksər rayonlarda isə 7 mm-ə qədər yağış yağıb. Bakıda və Abşeron yarımadasında isə yağıntı 2 mm-dək olub.
Şahdağda isə qar örtüyü 1 sm hündürlüyündə qeydə alınıb.
Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ağstafa, Qax, Zaqatala, Şəki, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay, Beyləqan, Lerik, Balakən, Şamaxı və Sumqayıt şəhərlərində duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10°C, Naxçıvan MR-da 12°C, Aran rayonlarında 10°C, dağlıq rayonlarda isə 6°C-ə qədər isti olub.