AZ

3 nəfərin zəhərləndiyi dönərxana BAĞLANDI - YENİLƏNİB

Zaqatalada üç nəfər dönərdən zəhərlənməsinin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, agentliyin mütəxəssisləri tərəfindən hadisənin baş verdiyi ehtimal olunan Zaqatala rayonunda fəaliyyət göstərən "Şah dönər" adlı dönərxanaya baxış keçirilib, müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək laborator analizlərə cəlb olunub:

"Görülmüş tədbirlərlə iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, faktla bağlı tibb müəssisəsinə müraciət edən şəxslərə lazımi tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək".

***

10:53

Zaqatalada qidadan zəhərlənmə ötən gün axşam saatlarında baş verib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 25.11.2024-cü il tarixində saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar:

“Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb”.

***

09:50

Zaqatalada üç nəfər qidadan zəhərlənib.

Modern.az xəbər verir ki, Çobankol kənd sakini 25 yaşlı İlqar Əhmədov, Mosul kənd sakini 17 yaşlı qız və 8 yaşlı Qazangül qəsəbə sakini qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.

Onların dönərdən zəhərləndikləri bildirilir.

Zəhərlənən gənclərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Seçilən
4
1
modern.az

10Mənbələr