“Real” yarımmüdafiəçisi Arda Güləri müntəzəm oyun praktikasını təmin etmək üçün icarəyə buraxa bilər.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat yayıb.
19 yaşlı futbolçu uğrunda 2 ölkənin 4 klubu mübarizə aparacaq. Bu siyahıya İtaliya nəhəngləri “Milan” və “Yuventus” ilə yanaşı İngiltərə təmsilçiləri “Arsenal” və “Aston Villa”daxildir.
2024/2025 mövsümündə Arda Gülər ”Real”ın 13 rəsmi oyununda iştirak edib və cəmi 1 məhsuldar ötürmə edib.