Türkdilli ölkələrin məhsulları "Made in Turan" brendi ilə bazara çıxarılacaq.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Turan E-Ticarət və İxracat Forumu çərçivəsində "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov deyib.
O bildirib ki, bu tədbirdə "Made in Turan" markası ilə ilk məhsullar təqdim edilir.
"Made in Turan" qida ,qeyri-qida məhsullarını, ümumilikdə bir sıra əmtəə və xidmətləri nəzərdə tutur", - deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Founder Club" və Azərbaycan Françayzinq Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına həsr olunmuş Turan E-Ticarət və İxracat Forumu keçirilir.