AZ

Qusarda əhalisi 3 mindən çox olan 2 kəndə qaz çəkilməsinə ehtiyac var - Deputat

Qusarda 3 mindən çox əhalinin yaşadığı iki kənd qazsız qalıb. Bunu deputat Azər Badamov deyib.  
 
"Rayonun 57%-i qazlaşdırılıb. 3000 mindən çox əhalinin yaşadığı 2 kənd qazsız qalıb. Onun ətrafında olan kəndlərdə isə qaz xəttləri və istifadəsi mümkündür", - deputat noyabrın 26-da  Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.  
 
Deputat həmçinin 300 nəfərlik məktəbin yenidən qurulmasına ehtiyac olduğunu söyləyib. 
 
Badamov rayonda Bənövşə gölü su anbarının da yararsız olduğunu diqqətə çatdıraraq onun yenidən qurulmasını xahiş edib. 
 
Gülnar Nazimqızı 
www.anews.az
Seçilən
3
6
anews.az

10Mənbələr